5 il əvvəl Bakı-Şamaxı yolunda ağır qəzaya düşərək uzun müddət yerimə imkanlarını itirən müğənni Baba Dərələyəzli yenidən sənətə qayıtmaq qərarına gəlib.
Titul.az xəbər verir ki, illər öncə "Nəhəng gəmi" mahnısı ilə şöhrət qazanan müğənni 5 illik fasilədən sonra yenidən çox düşündürücü, həzn bir mahnı və ona çəkdirdiyi kliplə tamaşaçılarının qarşısına çıxıb. Baba Dərələyəzlinin yeni mahnısı "Nələr gördüm" adlanır.
Müğənninin bu ifasının da qısa zamanda geniş tamaşaçı kütləsi toplayacağı istisna edilmir:
Xatırladaq ki, Baba 2021-ci ilin noyabr ayında ağır qəzaya düşüb. Bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zaman idi ki, yataqda idi. Onun Bakıda edilən ilk əməliyyatı uğursuz alınmışdı, hətta bir çox həkimlər onun bu cür ağır xəsarətlərdən sonra yeriməyəcəyini deyiblər. Lakin, müğənninin ardıcıl dördüncü ağır əməliyyatdan sonra yeriməsi qismən bərpa olunub. Baba Dərələyəzlinin sonuncu əməliyyatı Türkiyənin məşhur hospitallarından birində baş tutub.
Xatırladaq ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını da itirib. Müğənni onların dünyadan köçməsindən sonra bu ağır qəzanı keçirib.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!