“Çelsi”nin müdafiəçisi Mark Kukurelya Madrid “Atletiko”sunun maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "TheHardTackle"ə istinadən məlumatına görə, Madrid klubu futbolçunu yay transfer dövründə heyətinə qatmaq istəyir. “Atletiko” rəhbərliyi ispaniyalı müdafiəçini Dieqo Simeonenin komandası üçün ideal oyunçu hesab edir.
Lakin “Çelsi”də futbolçu toxunulmaz sayılır və bu səbəbdən transferin baş tutması ehtimalı aşağı qiymətləndirilir.
Qeyd edək ki, Mark Kukurelya 2022-ci ildə “Brayton”dan “Çelsi”yə 65 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 41 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə verib.