AZ

SEPAH İsrailə və ABŞ nin Yaxın Şərqdəki bazalarına kütləvi zərbələr endirib VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına yeni zərbələr endirdiyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, hücum zamanı 100 ağır raket, pilotsuz uçuş aparatları və ən azı 200 reaktiv mərmidən istifadə olunub.

Məlumata görə, İsrailin Eylat, Təl-Əviv və Bney-Brakdakı hərbi obyektlərinə və qüvvələrinin cəmləşdiyi ərazilərə qarşı əməliyyatlar həyata keçirilib.

Qeyd olunub ki, bu zərbələr nəticəsində ABŞ ordusunun Bəhreyndə təxminən 80 nəfərin olduğu sığınacağı, həmçinin Küveytdəki "Əl-Adiri" bazasında yerləşən helikopterləri hədəfə alınıb. SEPAH-ın açıqlamasına əsasən, hücum nəticəsində bir vertolyot tamamilə məhv edilib, digərlərinə isə ciddi ziyan dəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxu.az

2Mənbələr