AZ

İntizamsızlığı ona baha başa gəldi

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İntizamsızlığı ona baha başa gəldi

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ciddi cəza ilə üzləşə bilər.

QOL.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, ingiltərəli futbolçunun "Bornmut"la matçda qırmızı vərəqə aldıqdan sonra hakimə etirazı və qeyri-etik davranışı İngiltərə Futbol Assosiasiyası tərəfindən araşdırılır.

Bildirilib ki, Maquayr aprelin 2-nə qədər ittihamlara cavab verməlidir. Əgər hakimi təhqir etdiyi sübuta yetirilərsə, onun cəzası bir oyunluq diskvalifikasiyadan daha uzun ola bilər.

Qeyd edək ki, futbolçu artıq "Lids Yunayted"lə oyunu buraxacaq və cəza artırılarsa, "Çelsi" ilə matçda da iştirak etməyəcək.

Xatırladaq ki, bu, Maquayrın "Mançester Yunayted" karyerasında ilk qırmızı vərəqədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
qol.az

3Mənbələr