AZ

Səhnədə vəfat edən müğənninin anım günündə izdiham yaşandı

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərhum müğənni Volkan Konak vəfatının ildönümündə doğma yurdunda anılıb.

BAKU.WS xəbər verir ki, Trabzonda duyğusal anım mərasimi baş tutub. Sevənləri Maçka rayonunda yerləşən Güney məhəlləsindəki məzarında izdiham yaradıb.

Sənətçi dəfn olunduğu Konakoğlu Ailə Qəbiristanlığında anılıb. Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları və çoxsaylı pərəstişkarları iştirak ediblər.

Tədbir boyu Volkan Konakın ifaları səsləndirilib, onun sənət yolu və xatirələri yad edilib. Sevənləri sənətçinin ölümünə görə yenidən təsirlənərək göz yaşlarını saxlaya bilməyib.

Sənətçinin həyat yoldaşı Selma Konak isə daha əvvəl etdiyi paylaşımda həyat yoldaşının yoxluğunda keçən bir ilin ağır olduğunu vurğulayıb.

Onun bu sözləri sosial şəbəkələrdə geniş rezonans doğuraraq sənətçinin sevənlərini bir daha kədərləndirib.

Xatırladaq ki, məşhur müğənni 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.

Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

2Mənbələr