Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qida çatdırılması ilə məşğul olan kuryer qadın sürücüyə fiziki zorakılıq tətbiq edib. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb. Belə ki, Voronejdə qadın sürücünün manevrinə əsəbiləşən kuryer onun avtomobilinin qarşısını kəsərək məcburi şəkildə saxladıb. Qəzəbli kuryer avtomobilə yaxınlaşaraq sürücü xanıma qarşı təhqiramiz ifadələr işlədib və daha sonra ona bir neçə şillə vuraraq fiziki zorakılıq tətbiq etməyə başlayıb.
Hadisənin daha da böyüməsinin qarşısını isə ərazidən keçən başqa bir sürücü alıb. O, baş verənləri görən kimi dərhal müdaxilə edib və kuryeri qadından uzaqlaşdırmağa çalışarkən tərəflər arasında əlbəyaxa dava başlayıb.
Hadisə şahidləri bildirirlər ki, krossoverin sürücüsü kuryeri zərərsizləşdirərək qadını təhlükədən qoruyub.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük rezonans doğurub. Bir çox istifadəçi kuryerin hərəkətini kəskin pisləyib, müdaxilə edən kişini isə "günün qəhrəmanı" adlandırıb. Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.