AZ

“Kəpəz”də qeyri müəyyənlik: “Martda qayıdacaqdı, alınmadı”

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayevin məşqlərə nə başlayacağı bilinmir. Bu barədə Sport24.az-a "sarı-göylər"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov açıqlama verib:"Veysəl Rzayev hələ ki, komandanın düşərgəsinə qoşula bilməyib. Həkimi ilə söhbətdən sonra onun yüngül məşqlərə başlaya biləcəyi tarix müəyyənləşəcək. Bir müddət əvvəl bizə futbolçunun martın sonu fərdi məşqlərə başlayacağı bildirilmişdi. Lakin bu alınmadı".Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncə şəhərində baş verən insident zamanı bıçaqlanmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
sport24.az

1Mənbələr