ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İranın nüvə proqramının istənilən obyektinə, o cümlədən ağır su istehsalı müəssisələrinə endirilən zərbələr hərbi cinayətdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AETİ) rəsmi nümayəndəsi Behruz Kamalvəndi bildirib.
"MAQATE-nin Hərtərəfli Təminat sazişi çərçivəsində olan nüvə obyektlərinə və ağır su istehsalı müəssisələrinə hücum beynəlxalq prinsiplərə ziddir və şübhəsiz ki, hərbi cinayətdir", — deyə o, İranın dövlət teleradio şirkətinə verdiyi müsahibədə vurğulayıb.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.