AZ

Boliviyada klounlar etiraz aksiyası keçirdilər

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxt La-Pasda klounlar etiraz aksiyası keçiriblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Təhsil Nazirliyinin məktəblərdə dəslərdən kənar tədbirlərin ləğvi qərarına qarşı çıxıblar.

Məsələ burasındadır ki, yeni qərara əsasən orta məktəblərdə illik tədris 200 günə qaldırılıb. Bu isə şagirdlərin dincəlmək və əylənmək üçün boş vaxtlarının azalmasına səbəb olub. Belədə  əyləncə tədbirlərinin sayı da avtomatik azalıb. Bu isə öz növbəsində klounların qazancına birbaşa təsir göstərir. 

Aksiyada klounlarla yanaşı dərzilər və fotoqraflar da iştirak ediblər. Çünki yeni qərar onları da "çörəyindən edir".

Qeyd edək ki, hakimiyyət orqanları klounların istəyinin 2027-ci ildən nəzərə alınacağını açıqlayıb. Bu, aksiyaçıları razı salmasa da, başqa çıxış yolu olmayıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
525.az

1Mənbələr