AZ

Konqoda üsyançılar tərəfindən ən azı 300 mülki şəxs qaçırılıb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin İrumu bölgəsindəki hücumlarda üsyançılar tərəfindən ən azı 300 mülki şəxs qaçırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Demokratik Alyans Qüvvələri (ADF) kimi tanınan üsyançı qrupun üzvləri son günlərdə Mambasa-Komanda xətti boyunca mülki şəxsləri hədəf alan bir sıra hücumlar həyata keçiriblər.

Bu hücumlarda Mabukulu, Masoli, Babungve və Lomalisa kəndlərindən ən azı 300 mülki şəxs ADF üzvləri tərəfindən qaçırılıb.

Təhlükəsizlik qüvvələrinin bölgədə qaçırılan mülki şəxsləri xilas etmək üçün əməliyyat hazırladığı bildirilib.

Qeyd edək ki, 1990-cı illərin sonlarında Uqanda və KDR-də fəaliyyətə başlayan ADF, Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Azadlıq Ordusu və Təbliği Camaatı kimi hərəkatların keçmiş üzvlərinin birləşməsi ilə yaradılıb. 2014-cü ildən etibarən ADF-nin hücumlarında minlərlə mülki şəxs həlak olub, yüz minlərlə insan isə didərgin düşüb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
525.az

1Mənbələr