AZ

“Mühit əvvəlki kimi deyildi, ərizəmi yazdım” – Cahangir Həsənzadə

Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə AFFA-nın Texniki direktor vəzifəsindən istefa verib.

Msport.az xəbər verir ki, bu gün U-21 millisi ilə birlikdə Bolqarıstandan qayıdan C. Həsənzadə məsələ ilə bağlıİdman.Biz-ə açıqlama verib.

“Mənim bu vəzifədə son ezamiyyətim idi. Gördüm ki, ətrafımdakı mühit əvvəlki kimi mehriban deyil – buna görə də ərizə yazdım. Düşündüm ki, həm mənim üçün, həm də AFFA üçün belə daha yaxşı olar. Necə deyərlər, “üzüsulu ayrılaq”.

Qeyd edək ki, uzun müddət idi ki, veteran futbolçunun federasiyadan ayrılacağına dair xəbərlər gəzirdi. AFFA-nın yeni Texniki direktorunun əcnəbi olacağı gözlənilir.

Seçilən
60
msport.az

1Mənbələr