AZ

Bağdadda amerikalı jurnalist qaçırılıb

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İraqın paytaxtı Bağdadda ABŞ jurnalisti Şelli Kittlsonun oğurlandığı bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki,  “CNN” telekanalı ilə əməkdaşlıq edən jurnalisti İranın dəstəklədiyi deyilən “Kətaib Hizbullah” qruplaşması ilə əlaqəli şəxslərin qaçırdığı qeyd edilir.

Onun həmkarı Aleks Plitsas martın 31-də “X” sosial şəbəkəsində yazıb ki, Kittlsonun harada olduğu və vəziyyətinin necə olduğu barədə məlumat yoxdur.

İraq Daxili İşlər Nazirliyi xarici jurnalisti “naməlum şəxslərin” qaçırdığını açıqlayıb. ABŞ Dövlət Departamenti isə amerikalı jurnalistin oğurlanması barədə məlumatlı olduğunu bildirib. Departamentin sözçüsü Dilan Conson qeyd edib ki, jurnalist əvvəllər təhlükələr barədə xəbərdar edilmişdi.

“Onun mümkün qədər tez azad olunmasını təmin etmək üçün FTB ilə koordinasiyanı davam etdirəcəyik”, – deyə Conson “X” sosial şəbəkəsində yazıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr