AZ

Polşalı nazir: “ABŞ NATO-dan çıxsa, özü zəifləyəcək”

Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ABŞ NATO-nu tərk etmək qərarı verərsə, bu, təkcə digər ittifaq ölkələrini deyil, həm də ABŞ-nin özünü zəiflədəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kosinyak-Kamış bunu X social şəbəkəsindəki səhifəsində yazıb. O, qeyd edib ki, Şimali Atlantika Alyansının ABŞ olmadan mövcud ola bilmədiyi kimi, ABŞ də müttəfiqləri olmadan güclü ABŞ ola bilməyəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə bildirib ki, digər ittifaq üzvləri müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmasa, ABŞ NATO-dan çıxmağı düşünə bilər. Sonuncu dəfə Tramp bildirib ki, NATO İranla münaqişədə ABŞ-a kömək edə bilməyib və buna görə də ölkənin Alyansdan çıxmasını nəzərdən keçirir.

Musavat.com

 

Seçilən
24
48
musavat.com

10Mənbələr