AZ

Bu restoran gecə 4-ə qədər...

Xətai rayonu, Rahib Məmmədov küçəsində fəaliyyət göstərən "Dark Lounge & Bar" restoranından yayılan yüksək səs-küy ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə gecə saatlarında obyektdən gələn gur səs insanların rahatlığını pozur.

Sakinlərdən biri qeyd edib ki, gecə boyu səs-küy davam edir və polisə müraciət etsələr də, problem tam həll olunmur. Onların sözlərinə görə, səsin səhər saat 4-5-ə qədər kəsilmədiyini, hətta bəzi hallarda evdə əşyaların titrədiyini deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, göstərilən ünvanda səs-küyün qarşısının alınması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tətbiq olunub və belə halların təkrarlanacağı təqdirdə daha sərt addımların atılacağı barədə xəbərdarlıq edilib.

Həmçinin, obyektin havalandırma sistemi və yanğın təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, restoran 2026-cı ilin fevral ayından fəaliyyət göstərir. Qanunvericiliyə əsasən, planlı yanğın-texniki baxışların cari ilin noyabrın 1-dək planlaşdırılması və 2027-ci ildə həyata keçirilməsi mümkündür./Milli.az

Seçilən
9
3
bakivaxti.az

4Mənbələr