AZ

AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı

AFFA İntizam Komitəsi "Şahdağ Qusar"ın futbolçusu Aqostinyo Çipesseni 3 oyunluq cəzalandırıb.

QOL.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında verilib.

Anqolalı yarımmüdafiəçi 1-ci liqanın 19-cu turunda  “Şəfa” ilə görüşdəki qayda pozuntusuna görə bu cəzanı alıb. O, matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı.

Bundan başqa, “Şahdağ Qusar” klubu 900 manat cərimə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
qol.az

2Mənbələr