AZ

İstintaqda inqilabi addım: üç orqan niyə birləşir? Açıqlama

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda istintaq sistemində dəyişiklik planlaşdırılır. Məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdindəki istintaq idarələrinin birləşdirilməsi nəzərdə tutulur.

Bu dəyişiklik istintaq sistemində hansı üstünlükləri və riskləri ortaya çıxara bilər?

Globalinfo.az-a danışan hüquqşünas və iqtisadçı Əkrəm Həsənovun fikrincə, Azərbaycanda vahid istintaq orqanı yaradılmalıdır:

“Yəni yalnız Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi deyil, ümumiyyətlə, bütün istintaq fəaliyyəti bir yerdə olmalıdır. Prokurorluqda istintaq aparılmamalıdır. Bunun birinci səbəbi peşəkarlıqdır: mütəxəssisləri bir yerdə toplamaq lazımdır. İkincisi isə maraqların toqquşmasıdır. Məsələn, vergi və gömrük orqanları vətəndaşlara vergi yazır, ödəmədikdə isə istintaqı özü aparır”.

Əkrəm Həsənov əlavə edib ki, hər qurumda istintaq şöbəsinin olması düzgün deyil:

“İstintaq orqanı birtərəfli olur, prokurorluq istintaqı aparır və sonra məhkəmədə ittiham tərəfini müdafiə edir. Bu, funksiyaların ayrılmamasından irəli gəlir. Funksiyalar düzgün bölünsə, yeni orqan daha peşəkar və müstəqil ola bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr