GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qalatasaray“ın baş məşqçisi Okan Burukun İngiltərə klubu “Tottenhem”dən gələn cəlbedici təklifi geri çevirdiyi məlum olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında son saatlarda baş tutan intensiv danışıqlara rəğmən, təcrübəli mütəxəssis mövsümün ortasında İstanbul təmsilçisini tərk etməmək qərarı verib.
“Sarı-qırmızılar”la 2026-cı ilin yayına qədər rəsmi müqaviləsi olan Burukun adı mütəmadi olaraq Avropanın aparıcı klubları ilə hallanmaqdadır. Xüsusən də, vaxtilə “İnter”in forması geyinməsi və italyan dilini bilməsi onun İtaliya futbol ictimaiyyətinin də diqqət mərkəzində qalmasına səbəb olur.
Maraq göstərən klublar arasında İtaliyanın “Latsio” komandası xüsusilə fərqlənir. Mauritsio Sarri ilə yolları ayırdıqdan sonra hələ də yeni baş məşqçi axtarışını davam etdirən paytaxt təmsilçisinin Burukun futbolçularla ünsiyyət qurma qabiliyyətinə, gənclərin inkişafındakı roluna və mövcud resurslardan maksimum yararlanma bacarığına heyran qaldığı vurğulanır.
Bütün bunlarla yanaşı, Avropadan kənarda da mütəxəssisə böyük tələbat var – Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın da Okan Buruku öz ehtiyat oyunçular skamyasının başında görmək istədiyi qeyd olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.