AZ

Putin Ermənistanın hər iki quruma üzv olmasına qarşıdır

Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə (AB) üzvlüyü sadəcə mümkün deyil.

"Unikal" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu aprelin 1-də Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqları zamanı bildirib.

Rusiya lideri Moskvanın İrəvan və Brüssel arasında münasibətlərin inkişafına qarşı sakit münasibətdə olduğunu qeyd edib, lakin Ermənistanın eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməyəcəyini vurğulayıb.

"Görürük ki, Ermənistan Avropa Birliyi ilə münasibətlərin inkişaf etdirilməsi barədə müzakirələr aparır. Biz bu barədə tamamilə sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır", - deyə Putin bildirib.

Seçilən
17
19
unikal.az

10Mənbələr