AZ

Trampın bu sözləri Makronu çox təəccübləndirdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransa ABŞ Prezidenti Donald Trampın Parisə qarşı yönələn tənqidi fikirlərinə təəccüblə reaksiya verib. Qeyd edək ki, Tramp Fransanı İsrailə doğru hərəkət edən ABŞ hərbi təyyarələrinin ölkə hava məkanından keçməsinə icazə vermədiyinə görə tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron fikir səsləndirib.

O bildirib ki, bu, Parisin ABŞ və İsrailin İrana qarşı müharibəsinin ilk günündən tutduğu dəyişməz mövqedir.

“Fransa ilk gündən mövqeyini dəyişməyib və bu qərarını bir daha təsdiqləyir”, — deyə Makron vurğulayıb.

Tramp isə qeyd edib ki, ABŞ Fransanın bu addımını heç vaxt unutmayacaq.

Xatırladaq ki, martın əvvəlində Fransa İrana qarşı hərbi əməliyyatlarda iştirak edən bütün təyyarələr üçün öz hava məkanını bağlayıb. Emmanuel Makron ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr