AZ

Balıqların öldüyü göllə bağlı rəsmi açıqlama VİDEO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Biləsuvar rayonunun ərazisində yerləşən Mahmudçala gölünün qurudulduğunu əks etdirən görüntü üzərində araşdırma aparılıb.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Balıqçılıq və Akvakultura Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırma zamanı sözügedən ərazinin Mahmudçala gölü olmadığı müəyyən edilib.

X X X

Biləsuvar rayonunun ərazisində yerləşən Mahmudçala gölünün qurudulduğu iddia olunub.

Globalinfo.az xəbər verir ki, göldə suyun səviyyəsi azaldığı üçün çox sayda balıq kütləvi şəkildə ölüb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, ərazinin isti və quru iqlim tipinə malik olması Mahmudçala Ovçuluq Təsərrüfatının su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olub:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”yə uyğun olaraq Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə edir.

Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7 136 hektardır. Ərazi, əsasən, isti və quru iqlim tipinə malikdir və buna görə də yay aylarında təsərrüfatın su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olur. Nəticədə təsərrüfat ərazisində yerləşən göldə su problemi yaranır. Təsərrüfatın müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır. Ona görə də florası quru çöl bitkilərindən şahsöyüdü, yulğun və s. kimi kolluqlardan ibarətdir. Ərazidə ən çox canavar, tülkü, boz dovşan, çaqqal, turaca, eləcə də çoxlu su bataqlıq quşuna rast gəlinir. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşlardan burada soltantoyuq, qaranaz və ərsindimdik nəsil verir. Mahmudçala Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr