AZ

Beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyi rəqəmsallaşmadan asılıdır AÇIQLAMA

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 aprel, AZƏRTAC

Rəqəmsal idarəetmə müştəriləri və infrastrukturu birləşdirir, şəffaflığı təmin edir, tranziti sürətləndirir və beynəlxalq dəmir yolları administrasiyaları ilə inteqrasiyanı asanlaşdırır. Bu gün rəqəmsal idarəetmənin tətbiqi genişlənir və Qazaxıstan dəmir yolları da bu təcrübədən geniş istifadə edərək işini günün tələblərinə uyğun qurur.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “KTZ Express” şirkətinin IT departamentinin direktoru Farid Saqitov deyib.

Onun sözlərinə görə, bu gün rəqabət aparmaq üçün rəqəmsal texnologiyalar köməkçi deyil, əsas alət kimi istifadə olunur.

“Bu baxımdan da biz “Vahid Rəqəmsal Pəncərə” sistemini tətbiq edirik. Bu tətbiq ilə müqavilələrin imzalanması prosesi sürətlənir, logistik zəncirin izlənməsi mümkün olur və şəffaflaşır, müştərilərə göstərilən xidmət keyfiyyəti yüksəlir və dövlətlərarası məlumatötürmə imkanı əldə edilir. Beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyi həm də onun rəqəmsallaşmasından asılıdır. Biz “Speech-to-Text” texnologiyasını tətbiq etməklə süni intellekt elementlərindən də istifadə etməyə başlamışıq. Bu tətbiq bizə səsli sifariş və müraciətlərin formalaşdırılmasının avtomatlaşdırılmasına imkan verir və 24 saat fasiləsiz xidmət göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-də “Vahid Rəqəmsal Pəncərə” sisteminə inteqrasiya olunub. Hazırda bu platforma tətbiqi ilə tranzit daşınan konteyner qatarlarına baxış vaxtı 9 saatdan 40 dəqiqəyə kimi azalıb ki, bu da çox mühüm nailiyyətdir. Orta Dəhlizlə Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin bu sistemdən keçməsi dəhlizin yükdaşıma həcmini daha da artıracaq”, - deyə F.Saqitov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

2Mənbələr