ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində qayda pozan sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, insident bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-OM-318 dövlət nömrə nişanlı “Mercedes Atego” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinə çox yaxın məsafədə park edib. Nəticədə keçidin görünüşü məhdudlaşıb və bu səbəbdən ərazidən keçən sürücülər, eləcə də həmin anda yolu keçən azyaşlı ilə birlikdə piyadalar üçün qəza riski yaranıb.
Qanunvericiliyə əsasən, sürücülərin nəqliyyat vasitəsini piyada keçidindən ən azı 5 metr məsafədəsaxlaması tələb olunur. Bu tələbin pozulması həm piyadaların görünməsini çətinləşdirir, həm də yol hərəkəti təhlükəsizliyini pozur.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.