Türkiyə millisinin dünya çempionatı qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Vinçentso Montellanın yetirmələri Avstraliya, Paraqvay və ABŞ komandaları ilə qarşılaşacaq.
Türkiyə yığması turnirdəki ilk matçına iyunun 14-də Avstraliya qarşısında çıxacaq və oyun Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.
“Ay-ulduzlular” qrupdakı ikinci görüşünü isə 6 gün sonra – iyunun 20-də Paraqvaya qarşı keçirəcək. Bu qarşılaşma da saat 08:00-da start götürəcək.
Türkiyə yığmasının qrupdakı sonuncu oyunu isə iyunun 26-da ABŞ-a qarşıdır. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.