AZ

Azərbaycanda KASKO sığorta üzrə ödənişlər artıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə cari ilin yanvar-fevral ayları ərzində toplam 10 milyon 254 min manat sığorta haqqı toplayıb.“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 11,6% və ya 1 milyon 349 min manat azalıb. Ötən ilin ilk iki ayında KASKO sığorta üzrə 11 milyon 603 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 5 milyon 729 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 1 milyon 68 min manat çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 4 milyon 661 min manata bərabər olub.

Onu da bildirək ki, ötən ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 40.2 manatını ödənişə yönəltmişdirsə, ötən iki ayda bu rəqəm 55.9 manat təşkil edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
cebheinfo.az

7Mənbələr