AZ

“Həyat yoldaşımı özüm tapmışam“

Olay.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İnfluenser, dizayner Aynur Xəlilova həkim həyat yoldaşı Mansur Xəlilovla paylaşım edib.

OLAY yazır ki, Aynur həyat yoldaşının ad günü olduğunu bildirib:

“Çox üzr istəyirəm, yoldaşımın ad günüdür. Bu cavan oğlanın 43 yaşı oldu. Artıq 17-18-ci ad günüdür ki, birlikdə qeyd edirik. Yoldaşımı özüm tapmışam. Anam əməliyyat olanda gördüm ki, “cool” bir cərrah sağa-sola gedir. Bəyəndim. İlk addımı da özüm atdım. Dedim, “Gəl, görüm bura!”. O gələn, bu gələn… Səni sevirəm, oyun yoldaşım. Sən həm mükəmməl insansan, həm də mükəmməl cərrahsan. Həm savad, həm vicdan bir həkimdə nadir hallarda birləşir. Çox yaşa, sağlam yaşa, xoşbəxt yaşa. Gələcəyin bütün həyatlarında məni tapmağı unutma”.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
olay.az

1Mənbələr