AZ

İnsanlar stress altındadır: Müharibələr niyə adiləşir?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Müasir informasiya axınında tez-tez təkrarlanan anlayışlar zamanla öz emosional və mənəvi ağırlığını itirə bilir. Xüsusilə “müharibə” kimi ağır nəticələr doğuran bir sözün gündəlik xəbər dilində adiləşməsi, onun yaratdığı faciələrin ciddiliyinin arxa plana keçməsinə səbəb olur. Bu isə cəmiyyətin həssaslığının azalması və təhlükələrin daha normal qarşılanması kimi riskləri artırır. Müharibə sözünün təsir gücünü itirməsi və adiləşməsi özü də ayrıca təhlükə deyil mi?Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, hər bir sözün dildə və ünsiyyət prosesində təkrarlanma tezliyi var:“Biz bu tezliyin dinamikasını və sürətini özümüz təyin etmirik. Bunu ictimai münasibətlərin zərurəti təyin edir. Əgər hazırda dildəki sözlərin dövriyyəsi prosesində “müharibə” sözü tez-tez təkrar olunursa, bu, bizim istəyimizə və yaxud informasiya mübadiləsi prosesindəki tələbimizə adekvat hadisə deyil. Çünki bu, reallığın yaratdığı zərurətdir. Əlbəttə ki, müharibə kimi təhlükəli ifadənin və semantik məzmunu çox ağır, faciəvi olan sözün dilimizdə tez-tez işlədilməsi dil ahəngdarlığında və linqvistik psixologiyamızda mənfi, hətta dağıdıcı emosiyalar yaradır. Linqvistik psixologiya linqvistika, yəni dilçilik elminin nisbətən yeni istiqamətlərindən biridir və izah edir ki, eyni sözün ünsiyyət prosesində daha sıx təkrarlanması psixoloji ahəngdarlığı pozur. Yəni bu hal bizim beyin mərkəzlərimizdə söz ardıcıllığının və məntiqinin təhlükəsizliyi üçün müəyyən təhdid yaradır. Əgər normal vəziyyətdə, yəni adi şəraitdə biz “müharibə” sözünü az işlədiriksə, bu zaman linqvistik-psixoemosional vəziyyətimiz daha sabit olur. Əks halda, bu söz tez-tez təkrar olunarsa, bizdən asılı olmayaraq şüuraltı yaddaşımızda bir növ həyəcan siqnalı formalaşır”.Ona görə də hesab edirəm ki, bu sahə həm elmi baxımdan, həm də psixologiya elminin paradiqmaları çərçivəsində daha geniş araşdırılmalıdır:“Bu istiqamətin ictimai düşüncəyə və psixoloji davranışlara hansı təsirləri göstərdiyi daha dərindən öyrənilməlidir. Çox təəssüf ki, nə Azərbaycanda, nə də dünyada bu sahə üzrə fundamental araşdırmalar yetərli deyil. Buna görə də əvvəlcədən hazır və qəti qənaətlər irəli sürmək düzgün olmaz. Lakin bütün hallarda demək mümkündür ki, belə sözlərin intensiv istifadəsi ümumi psixoloji mühitə və ünsiyyət psixologiyasına mənfi emosional fon gətirən, mənfi kontent yaradan bir amildir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
demokrat.az

2Mənbələr