Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib.Bizim.Media baku.ws-ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb.
Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələbə çevik davranaraq hadisə yerindən uzaqlaşa və mümkün hücumdan xilas ola bilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.Sözügedən videonu təqdim edirik:
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.