AZ

İcra başçısının çəkdirdiyi yol çökdü KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu Masazır qəsəbəsində yol çöküb.

KONKRET.az xəbər verir ki, hadisə “Zəngilan şəhərciyi” ərazisində qeydə alınıb.

İddia olunur ki, 10 ildən sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı özünün rahat şəkildə gedib-gəlişi üçün sözügedən ərazidə yol çəkdirib. Ancaq heç bir ay çəkməmiş, ilk yağış yağan kimi yol çöküb.

Bu isə sürücülərin həmin yolla hərəkətini iflic edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi haisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib:

“Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
50
konkret.az

10Mənbələr