Ajans.az xəbər verir ki, bununla bağlı ADSEA-nın mətbuat xidmətindən məlumat verilib. ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir. Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib. Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq. Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.