AZ

Hansı ərazilərdə su yoxdur? - RƏSMİ AÇIQLAMA

İntensiv yağışlardan sonra Abşeron rayonunun bəzi ərazilərində, o cümlədən Masazır qəsəbəsi və Xırdalan şəhərində içməli suyun verilişində problemlər yaranıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranıb:

“Aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranıb. ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir. Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib. Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
63
10
yenisabah.az

10Mənbələr