AZ

Tramp bu ölkənin baş nazirini rüsvay etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri kəskin tənqid edib. Trampın qəzəbinə səbəb Londonun İrana qarşı hərbi əməliyyatda iştirakdan imtina etməsi olub.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

Tramp Britaniya hərbi dəniz qüvvələrinin acınacaqlı vəziyyətdə olduğunu vurğulayaraq Starmeri ələ salıb: “Sizin heç donanmanız da yoxdur. O, çox köhnədir, aviadaşıyıcılarınız isə ümumiyyətlə işləmir”.

Britaniyanın müdafiə xərclərini artırıb-artırmamalı olduğu barədə suala cavab verən Tramp, Londonun prioritetlərini sərt şəkildə tənqid edib:

“Mən ona nə edəcəyini deməyəcəyəm. İstədiyini edə bilər, bunun heç bir əhəmiyyəti yoxdur. Starmerin tək istədiyi enerji qiymətlərini göyə qaldıran bahalı külək turbinləridir”.

Seçilən
17
publika.az

1Mənbələr