AZ

Millinin uğursuzluğundan sonra İtaliyada ara qarışdı: Prezidenti devirirlər?

“İnter”in prezidenti Cüzeppe Marotta İtaliya Futbol Federasiyasının yeni rəhbəri ola bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Marko Konterio məlumat yayıb.

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Bu uğursuzluq ölkə futbolunda ciddi dəyişikliklərin zəruriliyi ilə bağlı müzakirələri artırıb.

İtaliya Futbol Federasiyasının hazırkı prezidenti Qabriele Qravina istefa verməkdən imtina edib. Lakin onun gələcək taleyi təşkilatın Federal Şurasının növbəti həftə keçiriləcək iclasında həll olunacaq.

Artıq Qravinanın mümkün əvəzləyiciləri də müzakirə olunur. Bu namizədlərdən biri “İnter”in prezidenti Cüzeppe Marottadır.

Seçilən
45
publika.az

1Mənbələr