AZ

"Qarabağ" Maksim Medvedevin hərəkətinə görə cərimələndi

"Qarabağ" Maksim Medvedevin hərəkətinə görə cərimələndi

Əvəzedicilər Liqasının XXI turunda baş tutan qalmaqallı "Qarabağ-2" - "Sabah-2" qarşılaşması ilə bağlı yekun qərar açıqlanıb.

AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərara əsasən, "Qarabağ-2" komandası 1000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev oyunun 43-cü dəqiqəsində hakimin qərarlarına sərt etiraz bildirərək komandasını meydandan çıxarıb. Qısa fasilədən sonra kollektiv yenidən yaşıl meydançaya qayıdıb və matç davam etdirilib.

Qeyd edək ki, cəzalar yalnız Ağdam klubu ilə yekunlaşmayıb. Oyundan sonra paltardəyişmə otağına ziyan vuran "Sabah-2" barəsində də ölçü götürülüb. Arenanın əmlakına dəyən maddi zərər Masazır təmsilçisi tərəfindən tam ödəniləcək.

Seçilən
42
4
afn.az

5Mənbələr