AZ

Zaxarovadan Almaniyaya SƏRT XƏBƏRDARLIQ: “Tarixi unudublar”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın “Avropanın ən güclü ordusunu yaratmaq” planları ilə bağlı sərt açıqlama verib.

NOCOMMENT.az -ın xəbərinə görə, Zaxarova bildirib ki, Almaniya belə planlar qurarkən tarixin dərslərini unutmamalıdır.

Onun sözlərinə görə, Berlinin bu istiqamətdə açıqlamaları narahatlıq doğurur.

Rusiya XİN sözçüsü həmçinin qeyd edib ki, Almaniya bu planları müzakirə edərkən, Avropada “ən güclü ordunun Ukraynada olduğu” barədə açıqlamalar verən
Volodimir Zelenskinin sözlərini də nəzərə almır.

Zaxarova bildirib ki, Avropada hərbi güc yarışının güclənməsi regionda gərginliyi daha da artıracaq və bu cür bəyanatlar vəziyyəti daha təhlükəli edə bilər.

Qeyd edək ki, son dövrlər Almaniya rəhbərliyi ordunun gücləndirilməsi və hərbi xərclərin artırılması ilə bağlı bir sıra açıqlamalar verib. Bu isə beynəlxalq səviyyədə müzakirələrə səbəb olub.

Tunar
NOCOMMENT.az

Seçilən
42
nocomment.az

1Mənbələr