AZ

OPEC üzvlərinin növbəti görüşü keçiriləcək

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 5-da OPEC üzvlərinin növbəti görüşü keçiriləcək. Bu görüş neft ixrac edən ölkələrin istehsalının azaldığı dövrə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, OPEC-ə üzv olan dövlətlərin neft ixracı kəskin şəkildə azalıb ki, bu da onların ixrac potensialına və gəlirlərinə mənfi təsir göstərib. OPEC üzvü olan Yaxın Şərq ölkələri ilə yanaşı İran və Venesuelanın da neft ixracı azalıb.

OPEC üzvləri fevralda dünya bazarına 28,87 milyon barel neft çıxarıblar. Lakin mart ayında ixracın həcmi 21,57 milyon barelə düşüb ki, bu da dünya bazarında tələb və təklif prinsipini pozub. Tələbin artması təklifin isə azalması qiymətləri artırmağa davam edir. Qazaxıstan, Meksika, Sudan, Nigeriya kimi OPEC+ ölkələri bazardakı tələbatı görüb ixracı artırsalar da tələbi üstələyə bilmirlər. Bu ölkələrin dünya bazarına neft nəqli baha başa gəlməklə yanaşı böyük həcmli hasilatları da yoxdur.

Daha çox ixrac itkisinə məruz qalan Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və İraq olub. İraq fevralda dünya bazarına 4,15 milyon barel neft çıxardığı halda, martda cəmi 1,4 milyon barel neft ixrac edib ki, bu da onun ixracının 66 faiz azaldığını göstərir.

Razılaşmaya görə, OPEC ölkələri 2026-cı ilin birinci kvartalının sonuna kimi hasilatı artırmayacaqlar.

Seçilən
29
1
azertag.az

2Mənbələr