Rusiya İrana humanitar yardımın çatdırılmasının təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Aznews.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə danışıb.
O xatırladıb ki, martın 27-də "Astara" sərhəd-keçid məntəqəsində dərmanların ikinci böyük partiyası təhvil verilib.