AZ

Ermənistan seçkiləri və Kreml təsiri: 102-ci baza nə dərəcədə rol oynaya bilər?- ÖZƏL

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Gümrüdəki 102-ci Rusiya hərbi bazası ətrafında siyasi manipulyasiyalar kəskinləşib. Revanşist media Rusiya hərbçilərinin daxili proseslərə müdaxilə etdiyini və anti-Paşinyan kampaniyası apardığını iddia edir. İddia olunur ki, baza komandirləri yerli işçiləri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasına səs verməyə məcbur edir.
Bəs hansı şərait yarana bilər ki, rus hərbçiləri seçkilərə müdaxilə etsinlər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca biz siyasi atmosferin ciddi şəkildə qızışacağını görəcik və hazırda onsuz da kifayət qədər rəqabət getməkdədir. Xüsusilə də Rusiyaya yönümlü revanşist qüvvələr artıq bloklarını yaradıblar. Koçaryan, Karapetyanın blokları artıq mübarizəyə başlayıblar və bu bloklar ətraflarına daha çox qüvvə cəmləşməyə çalışır. Rusiya da Ermənistanda hakimiyyəti dəyişmək üçün öz imkanlarını səfərbər edir. İlk növbədə Ermənistandakı öz tərəfdarlarını müxtəlif bloklar ətrafında birləşdirərək fəaliyyətlərini koordinasiya etməyə çalışır. Bundan başqa, həm də həm Ermənistandakı maliyyə resursları, demək, beşinci kolon vasitəsilə prosesləri idarə etmə, eyni zamanda lazım gələrsə, 102-ci hərbi bazadan da müəyyən qədər istifadə etmək niyyətləri ola bilər. Belə ki, nəzərə alsaq ki, Gümrü hərbi bazasında kifayət qədər çoxsaylı yerli əhali işləməkdədir və bu və ya digər formada ona bağlıdırlar. Bu baxımdan məhz bu təbəqədən istifadə oluna bilər. Necə ki, keçən il Gümrüdə keçirilən mer seçkilərində də məhz Rusiyaya yönümlü qüvvələr şəhərdə qələbə çaldılar, yəni qüvvələrini birləşdirdilər. Bir formada, əlbəttə ki, 102-ci bazadan birbaşa istifadə düşünürəm ki, nəzərdə tutulmur. O ancaq ən kritik anda bundan istifadə oluna bilər və onlardan istifadə olunma artıq hakimiyyətin hərbi çevrilişlə dəyişməsi ilə müşahidə oluna bilər. Amma bir formada buradakı kontingentin imkanlarından və xüsusilə də yerli əhaliyə, hansı ki, birbaşa bu və ya digər formada bazaya, hərbi bazaya da əlaqəlidir və oradan, demək, maaş alır, yaxud onların imkanlarından istifadə edir. Bu təbəqələr vasitəsilə prosesə təsir etmə imkanları var. Yəqin bu cür edəcəklər. Amma birbaşa hərbi bazanın özünün proseslərə qarışması, əlbəttə ki, bu Ermənistanda hansısa bir ciddi qarşıdurma şəraitində onlardan istifadə edilə bilər. Bu da açıq formada yox, düşünürəm ki, yenə bir formada arxa plandan bu məsələyə cəhd oluna bilər. Amma hazırkı mərhələdə və seçkilərdə düşünürəm ki, sadəcə olaraq onların potensialından istifadə etmək nəzərdə tutulur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr