AZ

Aqil Abbas: “Adamı vəzifə ilə tanıyırlar ki?”

Bu gün Milli Məclisin deputatı Aqil Abbasın 73 yaşı tamam olur.

 

Pravda.az-a təəssüratını bölüşən A.Abbas təbriklərin dəyərli olduğunu vurğulayıb: “Dostlar, tanışlar, deputat yoldaşlarım təbrik ediblər. Adamı vəzifə ilə tanıyırlar ki?  Bütün təbriklər ürəyimcədir. Təbrikə fərq qoymuram, onu Əli, ya Vəli deyib... Gənclərə tövsiyəm budur ki, kitab oxusunlar, ağıllı olsunlar, elmli olsunlar”.

 

70 yaşında saytımıza verdiyi müsahibədə “Həyata keçməyən bir arzum qalıb. Ağdamda kitabxana tikmək istəyirdim” bildirmişdi.

 

Deputat həmin arzusunun reallaşdırıb-reallaşdırmadığı ilə bağlı sualını isə belə cavablandırıb: “Ağdam indi yenidən tikilir. Planla tikilir, həyət evlərinin sayı azalacaq. Bitdikdən sonra nəisə deyə bilərik. Yəqin, belə bir şeyi həyata keçirəcəm, ancaq 3-4 ildən sonra. Görək tikinti necə gedir daha sonra...”

 

Xatırlatma: 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Lenin komsomolu, «Araz», «Dan ulduzu», «Qızıl qələm», «Qızıl kəlmə» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitab və 1 filmin ssenari müəllifidir. 2005-ci ildən «Ədalət» qəzetinin təsisçisidir.

 

Şəhanə Quliyeva

Tarix: 1 Aprel 2026, 15:57   
Seçilən
63
pravda.az

1Mənbələr