AZ

Ağdərədə mina partlayışı baş verib: Xəsarət alan var

Ağdərədə mina partlayışı baş verib: Xəsarət alan var

Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi yaxınlığında qeydə alınan hadisə nəticəsində 1982-ci il təvəllüdlü, Hacıqərvənd kənd sakini Mahir Abdulla oğlu Məhərrəmov xəsarət alıb. Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində vətəndaş sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Aidiyyəti qurumlar bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları və mina təhlükəsi işarələri olan ərazilərə daxil olmamağa çağırır. Xüsusilə çəpərlənmiş sahələrə müdaxilə etməyin həyati təhlükə olduğu vurğulanır.

Seçilən
65
afn.az

1Mənbələr