AZ

“Qarabağ”ın legioneri CƏZALANDIRILDI

“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
 

Bildirilib ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb. O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.


Buna görə, S.Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.

Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.

Bizim.Media

Seçilən
5
3
bizim.media

4Mənbələr