Abşeron rayonunun Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni inşa edilmiş yolun bir hissəsi çöküb.
Baku TV-nin məlumatına görə, yolun bəzi hissələrində ciddi deformasiya qeydə alınıb. İlkin məlumata əsasən, çökmənin səbəbi son günlər müşahidə olunan intensiv yağıntılarla əlaqələndirilir.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.