BAKI, 1 aprel. TELEQRAF
Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub.
Bu barədə Teleqraf-a Vəkillər Kollegiyasından bildirilib.
Məlumata görə, Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinə uyğun olaraq əvvəllər hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) işləyən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 14 yanvar – 18 mart 2026-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
Müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 90 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığına dair rəyini alan 66 nəfər (6 keçmiş hakim) vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi 06.04.2026-cı il tarixində saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə tanış ola bilərsiz.