AZ

İrana qarşı müharibə gündə 12 milyon barel neft itkisinə səbəb olub

Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin gündəlik 12 milyon barel neft itkisinə səbəb olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb:

“İndiyə qədər müharibə gündə təxminən 12 milyon barel neft itkisinə səbəb olub və təxminən 40 mühüm regional enerji obyektinə ziyan vurub”.

Birol qeyd edib ki, mövcud vəziyyət nəticəsində neft tədarükündə yaranan fasilələr aprel ayında mart ayına nisbətən iki dəfə ağır olacaq və bunun təsirləri tezliklə Avropada hiss olunacaq.

“Bu gün ən böyük problem aviasiya və dizel yanacağının çatışmazlığıdır. Biz bunu Asiyada görürük, amma düşünürəm ki, tezliklə aprel və ya may aylarında bu, Avropaya çatacaq”, - deyə o bildirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
43
1
redaktor.az

2Mənbələr