AZ

Rəqəmsal oyun ekosisteminin inkişafını dəstəkləyən Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla”şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn Xsolla-IDDAİnkubasiya Proqramına qeydiyyat başlayıb. Proqram Azərbaycan vəregionun fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olanoyun komandaları üçün ideyadan başlayaraq minimal işlək məhsulunyaradılmasını əhatə edən inkişaf strategiyası, beynəlxalqekspertlərdən mentorluq dəstəyi və peşəkar bacarıqların inkişafıistiqamətində geniş imkanlar yaradır.

Trend xəbər verir ki,Xsolla-IDDA İnkubasiya Proqramı bu ilin aprel–iyun aylarında hibridformatda (oflayn və onlayn) ingilis dilində keçiriləcək. Proqramçərçivəsində iştirakçılara 50-dən çox beynəlxalq oyun sənayesieksperti ilə işləmək imkanı yaradılacaq, fərdi mentorluqsessiyaları təşkil olunacaq, həmçinin oyun dizaynı, oyuntərtibatçılığı və biznesi üzrə ixtisaslaşmış təlimlər keçiriləcək.Bununla yanaşı, iştirakçılara “go-to-market” strategiyasınınhazırlanması və komanda inkişafı istiqamətində dəstəkgöstəriləcək.

Ümumilikdə, proqramda seçim mərhələsini uğurla tamamlayan 15iştirakçının – fərdi tərtibatçıların və ya komandaların iştirakınəzərdə tutulur. Proqramın sonunda ən yüksək nəticə göstərmiş 4studiyaya xüsusi mükafatlar təqdim ediləcək. Qaliblər 2026-cı ildəAlmaniyanın Köln şəhərində keçiriləcək “Gamescom Cologne”beynəlxalq sərgisinə iki nəfərlik səfər imkanı əldə edəcək,həmçinin “Xsolla” şirkətinin oyun nəşri və monetizasiya alətlərinəpulsuz çıxış qazanacaqlar. Bununla yanaşı, qaliblər investor vəoyun nəşriyyatçıları ilə görüşlərdə iştirak edəcək və əlavə olaraq12 ay müddətində mentorluq dəstəyi ala biləcəklər.

Proqrama müraciət üçün son tarix 14 aprel 2026-cı ildir.

Müraciətlər və proqram haqqında ətraflı məlumat üçün link:
https://forms.gle/7B8Y7AD3mjG95iU47

Seçilən
45
6
az.trend.az

7Mənbələr