AZ

Rusiya öz qoşunlarını İrana göndərəcəkmi? - "Forbes" təhlükəni qiymətləndirdi

Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya radikal İran rejimi ilə hərbi əməkdaşlığı gücləndirir və Kreml İsrail və ABŞ qüvvələrinə qarşı mübarizə aparmaq üçün öz əsgərlərini İrana müharibəyə göndərə bilər. 

HİT.az xəbər verir ki, "Forbes"in yazdığına görə, ABŞ və Böyük Britaniyadakı ekspertlər bu avtoritar tandemin təhlükə yaratdığı ilə razıdırlar, lakin onların əksəriyyəti Zelenskinin rus qoşunlarının İrana göndəriləcəyi ilə bağlı proqnozunun reallaşma ehtimalını aşağı qiymətləndirir.

"Vaşinqtondakı Secure World Foundation" analitik mərkəzinin kosmik təhlükəsizlik üzrə baş direktoru Viktoriya Samson ümid edir ki, amerikalı qüvvələrin bölgədə artan mövcudluğu fonunda ruslar Yaxın Şərqə quru qoşunları göndərməyəcək.

“ABŞ və rus əsgərlərinin birbaşa döyüşə girməsi potensial nəticə kimi xoşuma gəlmir — bu, Soyuq müharibədəki kimi dolayı qarşıdurmadan fərqli olardı,” deyə o bildirib.

Samson həmçinin bildirir ki, Moskva İran İslam Respublikasına daha sürətli və daha ölümcül kamikadze dronların hazırlanmasında kömək etsə də, Kreml İranın qitələrarası raket proqramını inkişaf etdirməyə ciddi dəstək vermir: “Rusiyanın başqa ölkənin MBR proqramına belə pullar yatırmaq üçün nə stimulu var, nə də (məncə) resursları".

ABŞ-ın Rusiyanın müdafiə strategiyası üzrə aparıcı ekspertlərindən Spenser Uorren hesab edir ki, Rusiyanın İranda qoşun yerləşdirərək ABŞ və İsrail ilə birbaşa qarşıdurmaya girməsi real ssenari deyil. Onun sözlərinə görə, Rusiya bunun strateji maraqlarına uyğun olduğunu düşünməz: “Bu, həddindən artıq riskli olardı — belə yerləşdirmə hətta istəmədən də olsa eskalasiyaya səbəb ola bilər. Həm də bu, ABŞ və ya Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi riskini artıra bilər, halbuki qazanc çox azdır".

O əlavə edir ki, Rusiyanın hazırkı vəziyyətdə belə bir imkanının da yoxdur, hətta istəsə belə: “Onlarda sadəcə canlı qüvvə və material resursları çatmaz ki, ikinci cəbhə açsınlar, xüsusilə də bir neçə böyük ordunun birbaşa iştirak edəcəyi ikinci cəbhə".

Bununla belə, o qeyd edir ki, Rusiyanın İranı Yaxın Şərqdə ABŞ obyektlərinə zərbələr endirməkdə dəstəkləməsi mümkündür: “Bu, Rusiyanın ABŞ-ı zəiflətmək üçün istifadə edə biləcəyi yollardan biridir — həm insan resursları, həm də daxili ictimai dəstək baxımından — ciddi eskalasiyaya girmədən və böyük resurs sərf etmədən".

O həmçinin hesab edir ki, ABŞ-ın Rusiyanın neft satışlarına tətbiq etdiyi sanksiyaları yumşaltması Kreml üçün iqtisadi üstünlük yarada bilər: “Düzünü desək, sanksiyaların aradan qaldırılması Tramp administrasiyasının bu müharibədə edə biləcəyi ən böyük strateji səhvlərdən birinə çevrilə bilər".

Rusiya və Qərb arasında “kölgə müharibəsi” üzrə ekspert Elena Qrossfeld də hesab edir ki, Zelenskinin xəbərdarlığı səhv ola bilər: “Rusiya artıq birinci cəbhədə kifayət qədər problemlə üz-üzəykən, İranda real ikinci cəbhə aça biləcək vəziyyətdə deyil".

Onun sözlərinə görə, Fars körfəzində yeni bir istiqamət daha çox kəşfiyyat dəstəyi və hibrid müharibə forması ola bilər.

Samir

Seçilən
31
50
hit.az

10Mənbələr