AZ

Rusiyada qazaxların iştirakı ilə kütləvi iğtişaşın səbəbi bəlli oldu

Rusiyanın Leninqrad vilayətinin Ust-Luqa qəsəbəsində Qazaxıstan vətəndaşlarının iştirakı ilə kütləvi münaqişə baş verib.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı Qazaxıstan Xarici İşlər nazirinin müavini Yerjan Aşiqbayev açıqlama verib. O bildirib ki, insident məişət zəminində yaranıb:

"Münaqişə zamanı respublikanın onlarla vətəndaşı saxlanılıb. Onların əksəriyyəti artıq sərbəst buraxılsa da, bəziləri hələ də inzibati həbsdədir".

Qeyd edək ki, martın 24-də baş verən hadisə zamanı yüzlərlə növbəli iş üsulu ilə çalışanlar küçələrə çıxaraq iğtişaş törədib.

Seçilən
51
publika.az

1Mənbələr