AZ

“Anthropic”in CİDDİ SƏHVİ: “Claude Code”-un mənbə kodları SIZDI – FOTO

“Anthropic” şirkəti səhvən süni intellekt redaktoru “Claude Code”-un kodlarını ictimaiyyətə açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.

Süni intellekt sahəsində tanınmış “Anthropic” şirkəti ciddi texniki səhvə yol verib.

Son yeniləmə zamanı şirkət proqramın ictimai versiyasından silinməli olan sistem fayllarını unutmuş və nəticədə kodlar açıq girişə düşüb.

Tədqiqatçı Çaofan Şou yeniləmədən sonra bu boşluğu aşkar etdikdən sonra hadisələr sürətlə inkişaf edib:

  • Tədqiqatçı kodun yüklənmə linkini “Twitter”də (X) paylaşıb.

  • Xəbər sürətlə yayılıb və dünyada bu proqramın ən aktiv istifadəçisi hesab olunan koreyalı Siqrid Cin gecə saat 4-də bildirişlərlə oyanıb.

  • Cin kodları yükləmək istəsə də, rəfiqəsi müəllif hüquqlarının pozulmasına görə məhkəmə ilə üzləşə biləcəklərindən ehtiyat edib.

  • Bunun əvəzində o, səhərə qədər proqramın əsas funksiyalarını “Python” dilində yenidən yazıb və “Claw Code” adlı öz süni intellekt redaktorunu “GitHub” platformasına yerləşdirib (github.com/instructkr/claw-code).

  • Qısa müddət ərzində onun yaratdığı repozitoriy 50 min ulduz (bəyənmə) toplayaraq platforma tarixində mütləq rekord vurub.

  • Xuraman Etibarlı

    İnterpress.az


Seçilən
40
interpress.az

1Mənbələr