AZ

Kaya Kallas: Avropa dəstəyi davam etdirəcək, Rusiya qalib gəlməyəcək

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, son bir il ərzində Ukraynaya göstərilən bütün maliyyə dəstəyi Avropadan gəlib və bu yardım davam etdiriləcək, çünki onun fikrincə, Rusiya Ukraynada qalib gələ bilməyəcək.

HİT.az xəbər verir ki, o, bu barədə "RBC-Ukrayna"ya müsahibəsində danışıb.

“Ukraynaya dəstəyə gəldikdə, son bir il ərzində bütün maliyyə dəstəyi artıq Avropadan gəlirdi. Buna görə də biz bunu mütləq davam etdirəcəyik, çünki mən hesab edirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək”, deyə Kallas bildirib.

Onun sözlərinə görə, əgər Brüssel səyləri cəmləşdirsə, Ukraynaya müqavimət göstərməkdə kömək edə bilər.

Samir
 

Seçilən
37
hit.az

1Mənbələr