AZ

Tehranda rus kilsəsi bombalandı

Bu gün Tehranda raket zərbəsi endirilərkən Müqəddəs Nikolay pravoslav kilsəsinin əsas binasına və bitişik köməkçi tikililərə ziyan dəyib.

"Yeni Sabah" xəbər verir ki, kilsənin pəncərə və qapıları dağılıb.

Bundan əlavə, yaşlı sakinlərin hələ də yaşadığı bitişik Rusiya Qocalar Evinə ciddi ziyan dəyib. Tələfat olmayıb.

Tehrandakı Rusiya səfirliyinin məlumatında qeyd edilib ki, Pasxa bayramından əvvəl kafedrala ziyan dəyib, "ABŞ və İsrailin hərbi macərası ucbatından İrandakı pravoslav icması kilsəyə getmək imkanından məhrumdur".

Kilsə binası İranın milli mədəni irs siyahısına daxil edilib.


Telegram kanalımız
Seçilən
41
yenisabah.az

1Mənbələr