AZ

Ronaldo Kazemiro üçün çalışır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo Kazemironu komandaya cəlb etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”dən ayrılmağa hazırlaşan braziliyalı yarımmüdafiəçi yay transfer pəncərəsi öncəsi təklifləri dəyərləndirir. Ronaldo onu komandanın güclənməsində əsas fiqur hesab edir.

Kazemiro ilə “İnter Mayami” klubu da maraqlanır və tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, hər iki futbolçu 2013–2018-ci illərdə “Real”da birgə oynayıb.

Seçilən
50
idmanxeber.az

1Mənbələr